Bayramlı Group Qida Sənayesi Sərgisində İnnovasiyalarını təqdim etdi

Bayramlı Group Qida Sənayesi Sərgisində İnnovasiyalarını təqdim etdi

Bayramlı Group 15-17 may 2024-cü illərdə Interfood Azerbaijan dəstəyi ilə keçirilən "Qida Sənaye Sərgisi"ndə fəal iştirak etmişdir.

Üç gün davam edən sərgi zamanı Bayramlı Group-un stendi laboratoriya mütəxəssisləri, universitet tələbələri və məktəb şagirdləri tərəfindən böyük maraqla qarşılanmışdır. Ziyarətçilərə komandamız tərəfindən müxtəlif laboratoriya avadanlıqları və tədqiqat layihələri ətraflı nümayişlərlə təqdim olunmuşdur. İştirakçılar həmçinin avadanlıqlarla birbaşa tanış olmaq və praktiki məşğələlərdə iştirak etmək imkanı əldə etmişlər.

Dəyərli ziyarətçilərimizə təşəkkür olaraq xüsusi hədiyyələr paylanmışdır.

Bayramlı Group sərgidə göstərilən maraq, fəal iştirak və dəstək üçün bütün iştirakçılara səmimi təşəkkürünü bildirir.

:
E-Mail:
:           reload, if the code cannot be seen
: